HAQQIMIZDA – Efla Group

Əziz abituriyentlər!

Ölkə universitetlərinə qəbul üçün keçirilən imtahanlarda müvafiq nəticənin əldə olunmaması sizi məyus etməsin. Sizin tələbə statusunu qazanmanız üçün sadəcə müqaviləyə imza atmanız yetərlidir. 

EFLA GROUP Xaricdə Təhsil Mərkəzi sizin bu haqqınızı təmin etməyə hazırdır.

Biz dünyanın müxtəlif ölkələrində,əsasən Ukrayna, Rusiya və Avropa ali məktəblərində sizlərə təhsil imkanı yaradırıq.
Azərbaycanda ilk dəfə olaraq EFLA GROUP Xaricdə Təhsil Mərkəzi rəsmi şəkildə Ukrayna universitetləri ilə əməkdaşlıga başlayıb və hazırda ən geniş əlaqələrə malikdir.   

Təklif etdiyimiz universitetlər Ukraynanın ən nüfüzlu ali məktəbləridir.
Ukrayna ilə Azərbaycan təhsil nazirlikləri arasında imzalanan 18 iyul 2000-ci il tarixli 919-İQ saylı müqaviləyə əsasən, hər iki ölkə universitetlərinin diplomları qarşılıqlı surətdə tanınır;
Ukrayna universitetlərinin diplomları Avropa Birliyi ölkələrinin böyük əksəriyyətində tanınır.  Ukrayna ali məktəbləri təhsilin yüksək keyfiyyəti və təhsil haqlarının ucuzlugu ilə fərqlənir. Təsadüfü deyil ki, Ukrayna universitetlərində dünyanın 134 ölkəsindən 60000 minə yaxın xarici tələbə təhsil alır ki,bunun da 10 faizə qədəri Azərbaycandandır.

 EFLA  olaraq sizlərə  Moskva,Sank-Peterburq,Kazan və Maxackala şəhərinin nüfüzlu universitetlerini də təklif edirik. 
Kazan universitetləri ilə daha geniş əlaqələrin səbəbləri sırasında yüksək təhsil və sərfəli şərtlərlə bərabər, Tatarıstanın bir Türk respublikası olması və azərbaycanlılara doğma münasibət göstərilməsi dayanır.

Dağıstan universitetlərinin Azərbaycanda yeganə rəsmi nümayəndəsi də EFLA GROUP – dur.

Azərbaycan və Rusiya Federasiyası hökumətləri arasında təhsil,elmi dərəcə və elmi adlar,sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında 2002 – ci il sentyabrın 23-də Moskva şəhərində saziş imzalanıb ki,buda gələcəkdə diplomların tanınmasını asanlaşdırır.

Avropa ölkələrində təhsil almaq əksər gənclərin arzularından biridir. Bunu nəzərə alaraq sizlərə təhsil haqları nisbətən ucuz olan bir neçə universitet təqdim edirik.

Az xərc çekməklə Avropa Birliyi ölkələrinin diplomuna sahib olmaq şansı qazana bilərsiniz!

Əziz abituriyetlər!

EFLA GROUP hər birinizə fərdi şəkildə yanaşır: sənədlərin hazırlanması, dəvətnamələrin alınması, universitetlərin yerləşdiyi şəhərlərə aparılma, təhsil müəsisəsinin qəbul müsabiqəsində iştirak və tələbə şəhərciyində yerləşdirilmənin təmini – bir sözlə, tələbə adını qazanana qədər bütün mərhələlərdə bizim əməkdaşlar sizləri müşayət edir.
EFLA GROUP-nın əməkdaşlıq etdiyi universitetlərin yerləşdiyi şəhərlərdəki nümayəndələri təhsil aldığınız müddətdə sizlə sıx əlaqə saxlayıb, qarşılaşdığınız problemlərin həllində yardımçı olacaqlar.

Seçiminizi bizimlə edin və əmin olun ki,bu sahədə 15 il iş təcrübəsi olan EFLA GROUP sizin karyeranızın təməlində dayanan mərkəzdir!

Gələcəyinizi bizimlə qurun !