Efla Group – Xaricdə Təhsil

Biz təhsili asanlaşdırırq

Bizi hamı tanıyır

Bizimlə təhsil həm də gələcək deməkdir

“Efla Group" ən müasir universitetləri təklif edir

[si-contact-form form='1']
  • Hansı sənədlər lazımdır?
  • Ödəniş nə qədərdir?
  • Rus dilini bilmirəmsə, nə etməliyəm?
  • Harada yaşayacağam və bunun məsrəfi nə qədər olacaq?
  • Əlavə hansı xərclər ola bilər?
  • 9-cu sinfi bitirdikdən sonra qəbul mümkündürmü?

Əziz abituriyentlər!

Siz hazırda çox ciddi seçim qarşısındasınız. Bugünkü seçiminiz sizin gələcək karyeranızın bünövrəsi deməkdir. Düzgün seçim etməlisiniz ki, gələcəyinizi zamanın tələblərinə uyğun qurmağı və uğur qazanmağı bacarasınız.

EFLA GROUP Xaricdə Təhsil Mərkəzi olaraq bu seçimdə sizlərə yardımçı ola bilərik.

Biz Ukrayna, Rusiya və Avropa ali məktəblərində sizlərə təhsil imkanı yaradırıq.
Nəzərinizə çatdıraq ki, Azərbaycandan ilk dəfə olaraq biz – EFLA GROUP Xaricdə Təhsil Mərkəzi rəsmi olaraq Ukrayna universitetləri ilə əməkdaşlığa başlamışıq və hazırda da ən geniş əlaqələrimiz mövcuddur.

Təklif etdiyimiz universitetlər Ukraynanın ən nüfüzlu ali məktəbləridir.
Ukrayna ilə Azərbaycan təhsil nazirlikləri arasında imzalanan 18 iyul 2000-ci il tarixli 919-İQ saylı müqaviləyə əsasən, hər iki ölkə universitetlərinin diplomları qarşılıqlı surətdə tanınır;
Ukrayna universitetlərinin diplomları Avropa Birliyi ölkələrinin böyük əksəriyyətində tanınır və Ukrayna ali məktəbləri təhsilin yüksək keyfiyyəti və təhsil haqqlarının ucuzluğu ilə fərqlənir. Təsadüfü deyil ki, Ukrayna universitetlərində dünyanın 134 ölkəsindən 70 mindən çox xarici tələbə təhsil alır ki, bunun da 7000 nəfərə qədər Azərbaycandan olan tələbələrdir.
Xatırlatmaq istəyirik ki, bu gün Azərbaycanımızın inkişafında müstəsna xidmətləri olan şəxslərin böyük əksəriyyəti Rusiya Federasiyasında təhsil almışdır. Ənənə sadiqliyini nəzərə alaraq sizlərə Moskva,Sank-Peterburq,Kazan,Həştərxan və Maxackala şəhərinin nüfüzlu universitetlerini təklif edirik. Universitetlərin qəbul musaqibələrində yüksək nəticə əldə etmiş abituriyentlər dövlət budcəsi hesabınada təhsil almaq imkanı qazanırlar.
Kazan universitetləri ilə daha geniş əlaqələrin səbəbləri sırasında yüksək təhsil və sərfəli şərtlərlə bərabər, Tatarıstanın bir Türk respublikası olması və azərbaycanlılara doğma münasibət göstərilməsi dayanır.

Dağıstan universiteləri haqqında danışdıqda isə təkcə bir faktı qeyd etmək kifayyət edər ki, Bakı ilə Maxaçqala arasındakı məsafə 350 km-dir. Onuda qeyd edək ki, Dağıstan universitetlərinin Azərbaycanda yeganə rəsmi nümayəndəsi “EFLA GROUP”dur.

Avropa ölkələrində təhsil almaq əksər gənclərin arzularından biridir. Bunu nəzərə alaraq Sizlərə təhsil haqları nisbətən ucuz olan bir neçə universitet təqdim edirik.

Azərbaycan kökənli tələbələrin çoxluq təşkil etdiyi Polşa və Baltikyani universitetlərini seçsəniz yanılmazsınız. Az xərc çəkməklə Avropa Birliyi diplomuna sahib olma şansı qazana bilərsiniz!

Türkiyə

BİZİM VİDEO